Uşaq Nevroloqu
Dr. Günel Ümid
Uşaqlarda nevroloji xəstəliklərin müasir diaqnostika,müalicə və reabilitasiyası ilə məşğuluq.
Uşaq nevroloji xəstəlikləri

Epilepsiya
Epilepsiya beynin elektrik fəaliyyətindəki pozğunluq nəticəsində təkrarlanan qıcolma tutmaları ilə xarakterizə olunan nevroloji bir xəstəlikdir. Bu xəstəlik müxtəlif səbəblərdən yaranaraq insanın gündəlik həyatına təsir edə bilər.

Baş ağrıları
Baş ağrısı başın müxtəlif nahiyələrində hiss olunan ağrı və ya təzyiq şəklində ortaya çıxan ümumi bir şikayətdir. Onlar stress, yuxusuzluq, susuzluq və ya müxtəlif xəstəliklərin əlaməti olaraq meydana çıxa bilər.

Mental Ləngimə
Mental ləngimə, fərdin intellektual funksiyalarında və uyğunlaşma bacarıqlarında yaşıdlarına nisbətən geriliklə xarakterizə olunur. Bu vəziyyət öyrənmə və gündəlik həyat bacarıqlarını mənimsəmədə çətinliklərə səbəb ola bilər.

Autizm Spektr pozuntusu
Autizm sosial ünsiyyətdə çətinlik, təkrarlayıcı davranışlar və məhdud maraq dairəsi ilə xarakterizə olunan inkişaf pozuntusudur. Erkən müdaxilə və xüsusi proqramlarla uşağın bacarıqları inkişaf etdirilə bilər.

Loqonevroz (Kəkələmə)
Kəkələmə uşaqlarda danışıq axıcılığında pozğunluq kimi özünü göstərir və psixoloji, nevroloji və ya genetik səbəblərlə bağlı ola bilər. Müalicə və loqopedik dəstək əlamətlərin azalmasına kömək edir.

Nitq inkişafının ləngiməsi
Nitq geriliyi uşağın yaşına uyğun söz ehtiyatının və ifadə qabiliyyətinin geri qalması ilə özünü göstərir. Bu hal nevroloji, eşitmə və ya inkişafla bağlı digər faktorlarla əlaqəli ola bilər.

Motor ləngimə
Motor ləngimə uşağın hərəkət və koordinasiya bacarıqlarında yaşıdlarına nisbətən geri qalması ilə xarakterizə olunur. Bu vəziyyətin səbəbi sinir sistemi pozuntuları və ya əzələ zəifliyi ola bilər.

Genetik (irsi) xəstəliklər
Genetik irsi xəstəliklər valideynlərdən uşaqlara ötürülən, genetik materialdakı mutasiyalar nəticəsində yaranan xəstəliklərdir. Bu xəstəliklər bəzən doğuşdan, bəzən isə sonradan özünü göstərə bilər və xüsusi diaqnostik testlərlə müəyyən olunur.

Gecə enurezi
Gecə enurezi uşaqlarda yuxu zamanı sidik saxlamada çətinliklə müşahidə olunan vəziyyətdir. Bu hal çox vaxt inkişaf mərhələsinin bir hissəsi olsa da, bəzən tibbi və psixoloji dəstək tələb edə bilər.

Neyrometabolik xəstəliklər
Neyrometabolik xəstəliklər beyin və sinir sisteminin maddələr mübadiləsindəki genetik pozğunluqlar nəticəsində yaranan nadir xəstəliklərdir.

Sinir əzələ xəstəlikləri
Sinir-əzələ xəstəlikləri sinirlər və əzələlər arasındakı əlaqəni pozaraq əzələ zəifliyi, yorğunluq və hərəkət çətinliklərinə səbəb olur. Bu xəstəliklər irsi, otoimmün və ya degenerativ səbəblərlə meydana gələ bilər.

Diqqət defisiti (hiperaktivlik)
Hiperaktivlik uşaqlarda və ya böyüklərdə həddindən artıq hərəkətlilik, diqqət dağınıqlığı və impulsiv davranışlarla xarakterizə olunan nevroloji bir vəziyyətdir. Bu hal gündəlik fəaliyyətlərə və öyrənmə prosesinə mənfi təsir göstərə bilər.
Uşaq Nevroloqu Dr. Günel Ümid
Uşaq nevroloqu – Pediatr Dr. Günel Ümid 1998-2004- cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakultəsini fərqlənmə ilə bitirib.
2004-2007-ci illərdə prof. Z.Əliyevin rəhbərliyi ilə Uşaq Nevroloji Xəstəxanasında “Epilepsiya”, “USI”, “İnkişaf ləngiməsi”, “Nevrozabənzər əlamətlər”, “Pre-Perinatal Ensefalopatiya” və.s patologiyalarla məşğul olub.
Azərbaycan Respublikası Həkimləri Təkmilləşmə İnstitutu, RF Moskva şəhərində Pediatriya İnstitutu, Neyrofiziologiya İnstitutu, Psixiatriya İnstitutunda təkmilləşmə kursları keçmişdir.
İllik tibbi təcrübə
Təcrübəli tibbi heyət
Sağlam uşaqlar
"Çox həkimlə görüşmüşdük, amma heç biri Dr. Günel xanım qədər diqqətlə dinləməmişdi. İlk gündən etibarən bizə ümid verdi. Müraciət etdiyimiz problemlə bağlı dəqiq diaqnoz və uyğun müalicə ilə qısa zamanda nəticə əldə etdik. Valideyn olaraq bizə göstərdiyi anlayış və dəstəyə görə minnətdarıq."
Lalə Məmmədova Valideyn"Uşağımın yuxu pozuntusu və əsəbilik halları üçün müraciət etdik. Dr. Günel xanım həm peşəkar yanaşması, həm də uşaqlara olan sevgi dolu münasibəti ilə bizi heyran etdi. Onun tövsiyələri və təyin etdiyi müalicə sayəsində uşağımız çox daha sakit və balanslıdır. Hər zaman güvənərək müraciət edəcəyimiz bir həkimdir."
Gülnar Qasımova Valideyn

Faydalı məqalələrimiz
Uşaqlarda miqren: Əsas əlamətləri nələrdir?
Uşaqlarda miqren adətən başlarının hər iki tərəfinə təsir etdiyi halda,…
Serebral iflic
Serebral iflic xəstəliyi, inkişaf etməkdə olan beynin məruz qaldığı bir…
Uşaqlarda yuxu pozğunluğu: nə etməli?
Uşaqlarda yuxu pozğunluqları onların gün ərzindəki fəaliyyətini böyük ölçüdə məhdudlaşdırır,…
Daun sindromu əlamətləri və müalicəsi
Daun sindromu bir xəstəlik deyil, genetik bir fərqlilikdir. İnsan hüceyrələrində…
Uşaqlarda hiperaktivlik necə anlaşılır?
Uşaqlarda hiperaktivlik nəzərə alınmalı, uşaqların gələcəyinə birbaşa təsir edə bilən…
Uşaqlarda inkişaf ləngiməsi – əsas əlamətləri nələrdir?
Uşaqlarda inkişaf ləngiməsi, uşağın yaşıdları ilə müqayisədə bir və ya…
Tez-tez verilən suallar
Əgər uşağınızda tez-tez baş ağrısı, yuxu pozuntuları, nitq ləngiməsi, əzələlərdə zəiflik, qıcolma (tutma), hərəkət və ya inkişaf geriliyi müşahidə edirsinizsə, uşaq nevroloquna müraciət etməyiniz tövsiyə olunur. Erkən diaqnoz və müdaxilə müalicənin effektivliyini artırır.
Autizm (Autizm Spektr Pozuntusu – ASP) xəstəlik yox, inkişaf pozuntusu kimi qiymətləndirilir. Uşaqlıq dövründə başlayır və əsasən sosial ünsiyyət, davranış və maraq sahələrində çətinliklərlə özünü göstərir.
Xeyr, hər qıcolma epilepsiya demək deyil. Uşaqlarda qızdırma ilə əlaqəli qıcolmalar (febril tutmalar) və digər səbəblərə bağlı tutmalar ola bilər. Ancaq tutma halı müşahidə olunarsa, mütləq uşaq nevroloquna müraciət edilməli və lazım gəldikdə EEG (beyin qrafisi) və digər testlər aparılmalıdır.
Uşaqlarda baş ağrısı olduqca yayılmış bir haldır və çox vaxt ciddi bir problemə işarə etməz.
Bəli, nitq gecikməsi bəzən sadə inkişaf fərqliliyi olsa da, bəzən də nevroloji səbəblərlə (məsələn, autizm spektr pozuntusu, eşitmə problemləri və ya sinir sistemi xəstəlikləri) bağlı ola bilər. Bu səbəbdən, gecikmə müşahidə etdikdə uşaq nevroloqu tərəfindən qiymətləndirilməsi vacibdir.
"Övladımın inkişafında narahat olduğumuz bir çox məsələ var idi. Dr. Günel xanımın yanaşması, hərtərəfli izahı və diqqəti bizi çox rahatlaşdırdı. Müalicə prosesindəki dəqiqlik və qayğıkeşliyi üçün sonsuz təşəkkür edirik. İndi uşağımız daha yaxşı hiss edir və inkişafı gözlə görünəcək dərəcədə dəyişib."
Sevinc Məmmədova Valideyn